Müsahibə
Vasilis Teodoru: "Erkən qol rəqibi ruhlandırdı, bizi isə həvəsdən saldı"
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” evdə Macarıstan MTK-sını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Futbolinfo.az xəbər verir ki, qonaqların baş məşqçisi Vasilis Teodoru matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Qəbələ”ni təbrik edirəm. Rəqibin erkən qolu onları ruhlandırdı. Bu, eyni zamanda bizi həvəsdən saldı.
– Azərbaycana neçə faizlik şansınızın olması ümidi ilə gəlmişdiniz?
– Buraya qələbə üçün gəlmişdik. Amma şansımızın az olduğunu bilirdik.
– 2-ci topu buraxandan sonra sizdə dönüş edəcəyinizə inam var idimi?
– Onsuz da ilk qoldan sonra ruhdan düşmüşdük. İkinci qol bizi ümumiyyətlə, həvəsdən saldı.
– İkinci hissədə komandanızın irəli atılacağını gözləyirdik, bu baş vermədi? “Qəbələ”dən bu qədərmi geri qalırdınız?
– Oyunumuz alınmadı, Avropanın ən güclülərindən biriyik.
– AÇ-də yaxşı çıxış edən edən Macarıstanın klubunun aşkar şəkildə “Qəbləə”dən geri qalmasını rüsvayçılıq saymaq olar?
– Qol buraxdıqdan sonra psixloji cəhətdən oyunumuz alınmadı.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…