Bizi izləyin

Ölkə futbolu

Azarkeşlər kapitan dəyişikliyi istəyir: “Çempionluğa oynamadığımızı desinlər, alqışlayaq”

“Neftçi” azarkeşlərinin hava limanında “od…

blank

“Neftçi” azarkeşlərinin hava limanında “od püskürməsi”ndən 5 gün keçir. Komandanın Avropa Liqasının 2-ci təsnifat mərhələsində Makedoniya “Şkendiya”sından səfərdə alınan 0:1 hesablı məğlubiyyət fanat ordusunu üsyana sövq etdi.

Skopyedə oyunu izləyənlər arasında “Forza “Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev də var idi. Bu gəncin oyundan sonra konfrans zalının çıxışında əyilərək siqareti siqaretə caladığı anı, onun ikiəlli başını tutub oturmasını görmək olduqca acı mənzərə idi. Fanatın məğlubiyyəti həzm etməməsinə səbəb kifayət qədər idi. Ən başlıcası isə sevimli komandasının oyunçularının meydanda əzmkarlıq nümayiş etdirməməsi idi.

Əliyevi dünən redaksiyaya dəvət etdik. Onunla müsahibə yox, daha çox fikir mübadiləsinin alındığı söhbəti diqqətinizə çatdırırıq.

– “Şkendiya” məğlubiyyətindən xeyli ötüb. İsti baş yerini soyuq başa verib. İndi dünya necə görünür?
– “Neftçi” azarkeşləri hələ də həmin məğlubiyyəti həzm edə bilmir. Bizə vədlər verilmişdi: qruplara düşəcəklərini, çempionluğa oynayacaqlarına dair söz vermişdilər. İndi isə görürük ki, bu komanda heç 5-6-cı yeri tutmaq gücündə deyil.

– Hava limanında “Neftçi” rəhbərliyindən və baş məşqçidən istefa tələb edirdiniz. Bu, isti başla qəbul edilən qərar idi, yoxsa hələ də fikrinizdə qətisiniz?
– Fikrimizdə qətiyik. Məğlubiyyətdən 4 gün ötüb, ancaq hələ də heç kim sinəsini irəli verib, məsuliyyəti boynuna götürmür. Özlərini elə aparırlar ki, sanki “Şkendiya”nın yerində bizik və 3-cü təsnifat mərhələsinə hazırlaşırlaşır.

– Kifayət qədər zəngin büdcəyə sahib “Kayrat” hamımızın yaxşı tanıdığı Kaxaber Tsxadadzenin rəhbərliyi altında avrokuboklarda fiaskoya uğradı. Ancaq orda istefa tələb edən yoxdu…
– Şotlandiya təmsilçisi də “Birkirkara”ya məğlub oldu. Bu cür hallar hamının başına gələ bilər. Ancaq biz ötən mövsüm “Mladost”a uduzanda rəhbərliklə görüşümüz oldu. Onlar da bizə dedilər ki, yeniyik, səbrli olun, hər şey düzələcək. Biz də bunu nəzərə aldıq, maksimum dəstək verdik. Demişdilər ki, işlədiyimiz dövrdə adımızı qızıl hərflərlə yazdırmaq istəyirik. Biz onlara hər cür dəstək olduq, komandamız ölkə kubokunun finalında məğlub oldu, futbolçuları alqışla yola saldıq. Başa düşürdük ki, rəqib daha zəngin büdcəyə, daha oturuşmuş heyətə malik “Qarabağ” idi. Ölkə çempionluğu əldən getdi, bunu da qəbul etdik. Avropanın ortabab klubuna uduzsaydıq, bunu normal qarşıayardıq. “Şkendiya”ya yox da! Bəs, bizə nə qaldı? CBC kuboku. Kimə lazımdı o kubok?! “Neftçi” kimi tarixi klub mövsümü belə gərəksiz kubokla bağladı.

– Deyirsən ki, ötən il gurultulu vədlər verilmişdi. Axı, iqtisadi böhran, məlum devalvasiya məhz bu zaman kəsiyində baş tutdu. Yəqin ki, rəhbərlik də ümid edirdi ki, əvvəlki illərdəki büdcə saxlanılacaq və onlar da komandayla uğurları sıralayacaqlar…
– Devalvasiyanı başa düşürük. Heyətə bahalı oyunçular qata bilmədiklərini də başa düşdük. Bəs, hazırda heyətdə olan və danışanda heç kimi bəyənməyən yerli oyunçularımız deyildi “Rəvan”a, AZAL-a məğlub olan? Razılaşıram, güclü rəqiblərə qarşı çıxıb oynaya biləcək oyunçu ala bilmirlər. Bəs, adlarını çəkdiyim yerli klublar qarşısında aciz qalmalarına nə ad verək? Axı, biz dost-düşmən yanında xar olduq!

– Həmin o məğlubiyyətlərə görə mövsüm ərzində 3 baş məşqçi dəyişdi. Qarşıdan da 2016/2017 çempionatı gəlir. Başqa sözlə, növbəti baş məşqçi dəyişkliyi “Neftçi”ni növbəti uçuruma sürükləyir. Axı, yeni gələnə də hansısa oyun sistemini tətbiq etmək üçün zaman gərəkdi ki, bu da yoxdu…
– Bu baş məşqçi, Müşahidə Şurasının bəzi üzvləri ilə komandamız onsuz da uçuruma gedir. Rəhbərlik dəfələrlə deyib ki, azarkeş bizim üçün hər şeydən əzizdi. Çingiz Abdullayev şəxsən deyib ki, incimiş azarkeşləri tribunalara qaytaracağıq. Küsənlər bir yana, stadiona gələnləri də küsdürdülər.

– Azarkeş mövqeyin başadüşüləndi: indi və burada! Bəs, məsələyə peşəkar prizmadan yanaşsaq, çıxış yolunu nədə görürsən?
– Dəfələrlə deyilib ki, klubun Mpenzaya 1 milyon borcu var. Devalvasiya da elə bir mərəzdi ki, bunu da başa düşürük. Amma rəhbərlik çıxıb demir ki, biz bu il çempionluğa oynamayacağıq. Çıxıb demirlər ki, “Qarabağ”ın, “Qəbələ”nin büdcəsiylə ayaqlaşa bilmirik və qızıl medal qazanmaq imkanımız yoxdu. Desələr, biz o komandanı alqışlayacağıq. Ancaq soruşduqda ki, qarşıdan komandamızın 80 illiyi gəlir, bizə nə vəd verirsiniz, deyirlər ki, planlar dəyişməyib, Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyirik. Axı, görürük ki, bütün bunlar nağıldı. Bu qədər uğursuzluqların qarşısında komandamızdan üz döndərmədik, uşaqlar 1 “pirojki”ni 10 yerə böldü, amma “Neftçi”ni səfərlərdə dəstəklədi. Yalançı vədlər bizi yandırıb-tökür. Desinlər ki, çempion ola bilməyəcəyik, alqışlayaq, amma aldatmasınlar.

– Sübhan, razılaşaq ki, məşqçi dəyişikliyi heç bir irəliləyişə gətirib çıxarmayacaq. Özü də meydana çıxan futbolçular olur. Bəs, onlardan hesabat tələb edirsinizmi?
– Bir neçə futbolçuyla hava limanında görüşdük, söhbət elədik. Ancaq elə futbolçuları oldu ki, kənar qapıdan keçib mindilər avtobusa. Söhbət Araz Abdullayevlə Cavid İmamverdiyevdən gedir. Biz onlardan hesabat tələb edirdik. Bu, haqqımızdı və haqqımızı verməlidilər.

– Futbolçularla bu müddət ərzində görüşmüsüz?
– Ancaq hava limanında Fəhmin Muradbəyliylə Cavid İmamverdiyev azarkeşlərdən üzr istədiklərini mənə bildirdilər. Fəhmin çox gənc olsa da, özündə o cürəti tapdı. Amma komandanın kapitanı …

– Təsəvvür et ki, komandanın baş məşqçisi sənsən. Kimləri saxlayardın?
– Biz meydanda qladiator görmək istəyirik. Komandanın kapitanı kimi Jayronu görmək istəyirik. Bu adam məğlubiyyətlə heç vaxt barışmır. Bax, Erik Ramosu da bu xüsusiyyətinə görə sevirdik. “Qarabağ”la final qarşılaşmasında da iz qoyub getdi. “Neftçi”nin baş məşqçisi olsaydım, heyətin 80 faizini göndərməzdim, qovardım!

– Yekunlaşdıraq. Mənə belə gəlir ki, siz klub rəhbərliyindən əsasən iki şey istəyirsiniz: avrokubokdakı məğlubiyyətə görə üzr istəmələrini və qarşıdan gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaq iqtidarında olmayacaqlarının etirafı.
– Bəli, biz səmimilik istəyirik. Biz bir ailə, yumruq kimi bir olmalıyıq. Nəyə görə Araz Abdullayevdən narazıyıq? Çünki o komandaya kapitanlıq etmir. Baxın Rəşad Sadıqova. Meydanda Qurban Qurbanova ehtiyac yoxdu. Çünki Rəşad oyun vaxtı həm oyunçudu, həm kapitandı, həm də məşqçidi. Çox adam bu gün Arazın “Neftçi”yə sadiqliyindən, başqa klublardan gələn təklifləri çevrməsindən danışır. Ancaq qoy onlar da bilsin ki, Araz Abdullayevin “Neftçi”yə borcu var. Mənəvi borcu.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm