Ölkə futbolu
“Qarabağ”ı qol buraxmadan məğlub etmək istəyirdik"
“Qarabağ”ı qol buraxmadan məğlub etmək istəyirdik. B…
“Qarabağ”ı qol buraxmadan məğlub etmək istəyirdik. Bu vəzifənin yarısının öhdəsindən gəldik”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Çexiyanın “Viktoriya” klubunun kapitanı Roman Hubnik deyib.
O, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Lakin qolsuz heç-heçə cavab matçı öncəsi ümidvericidi. Səfərdə bizə qol vurmaq lazımdı. Rəqib evdə oynadığından irəli atılacaq və bizə əks-hücum üçün boşluqlar yaranacaq. Bizim də xoşumuz gələn elə budu. Artıq arxada qalan matça gəlincə, biz çox yaxşı oynadıq, pressinq etməyə çalışdıq. Bu da rəqibə sürətli əks-hücum imkanları verdi. Amma onları da zərərsizləşdirdik. Cavab oyunu öncəsi mərhələ keçmək şansları 50-nin 50-yədi”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”