Ölkə futbolu
16 il öncəki tarix və məkan: onda çexlərə uduzmuşduq
Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-c&u…
Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində evdə Çexiyanın “Viktoriya” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu, təmsilçilərimizin indiyə kimi 2 avqust tarixində keçirəcəyi 4-cü qarşılaşma olacaq.
Bu tarixdə ilk qarşılaşma 16 il əvvəl keçirilib. Maraqlıdı ki, həmin görüş də ÇL-də Çexiya təmsilçisinə qarşı olub. “Şəmkir” 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Praqa “Slaviya”sını qəbul edib və məğlubiyyətdən yaxa qurtara bilməyib – 1:4. Bu oyun da axşamkı matç kimi Tofiq Bəhramov adına Respubilka stadionunda keçirilib. Ümid edirik ki, bu dəfə sonluq fərqli olacaq.
Növbəti 2 qarşılaşma isə 2007-ci ilə təsadüf edir. Həmin vaxt yenə mərkəzi arenada UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab oyununda “Neftçi” Avstriya “Rid”ini qəbul edib. Səfərdə alınan 1:3 hesablı məğlubiyyətin fonunda alından 2:1 hesablı qələbə “ağ-qaralar”ın mərhələ adlamasına kömək etməmişdi. Hazırda “Qarabağ”da məşqçi işləyən Zaur Tağızadə hesab 2:0 təmsilçimizin xeyrinə olarkən yersiz qırmızı vərəqə alaraq, komandasını pis vəziyyətdə qoymuş, bundan sonra rəqib lazımi nəticəni etmişdi. Bundan başqa, "Neftçi"nin heyətində yer alan futbolçular arasında Rəşad Sadıqov da olub. Qurban Qurbanov isə bu komandanı meydana baş məşqçi kimi çıxarıb.
Digər görüş də elə 2007-ci ildə oynanılıb. “MKT-Araz” UEFA kubokunun 1-ci təsnifat mərhələsi çərçivəsində Polşada yerli “Qrotslin”ə yenilmiş (0:1) və mübarizəni dayandırmışdı.
Bu tarixdə keçiriləcək 4-cü oyun da məhz ilk yox, cavab matçı statusunu daşıyır. Statistikadan da göründüyü kimi, 2 avqust günündə heç vaxt mərhələ adlamaq sevinci təmsilçilərimizə qismət olmayıb. “Qarabağ” bu gün rəqibini üstələməklə həm bu uğursuz seriyaya son qoymalı, həm də ÇL-in pley-offuna vəsiqə qazanan ilk Azərbaycan klubu adına yiyələnməlidi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?