Müsahibə
Pivarnik: "Nəticə ədalətli idi"
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cava…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qarabağ" – "Viktoriya" görüşündən sonra Çexiya çempionunun baş məşqçisi Roman Pivarnik mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdən sonra plzenlilərin çalışdırıcısı xoşbəxt olduğunu gizlətməyib.
– "Qarabağ"ın bizə rəqib olduğunu bildikdən sonra necə çətin oyunlar keçirəcəyimizin fərqində idik. Bu barədə yetirmələrimə də məlumat vermişdik. Oyunboyu rəqibin əks-hücumlarını diqqət mərkəzində saxlayırdıq.Müdafiədəki səhvimizdən "Qarabağ" istədiyi qolu vura bildi. Hesabı açmaq istəyirdik. Ancaq qapımızda qol buraxdıqdan sonra da səbrli olduq. Bilirdik ki, 1 dəfə fərqlənə bilsək, istəyimizə çatacağıq. Bunu da bacardıq. 60-cı dəqiqədən etibarən 4-4-2 taktiki sxeminə keçdik.
– Nəticəni ədalətli hesab edirsiniz?
– Fikrimcə, ədalətli idi. İlk oyunda da, cavab qarşılaşmasında rəqibi müdafiə olunmağa məcbur etmişdik. Hesab edirəm ki, bu nəticəni haqq etmişdik.
– Bir qol epizodu yaratdınız. Azərbaycan çempionu isə ən azından 3 dəfə fərqlənməli idi…
– Qol buraxdıqdan sonra hücuma atıldıq. Belədə, boşluqlar qaçılmaz idi. Bəli, müəyyən mənada bəxtimiz gətirdi.
– Çexiyadakı görüşdən sonra "Qarabağ"ın bu cür məzmunlu futbol oynayacağını gözləyirdiniz?
– Fantastik ab-hava var idi. Əla futbol axşamı oldu. Sevinirəm, çox sevinirəm ki, bu cür güclü rəqibə qalib gələ bildik.
CEYHUN ƏLİYEV
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”