Premyer-liqa
"Qəbələ" Mərdəkana köçdü
Azərbaycan Premyer Liqasının 1-ci turunda "Qəbələ" do?…
Azərbaycan Premyer Liqasının 1-ci turunda "Qəbələ" doğma meydanda "Kəpəz"lə qarşılaşmalıdır. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma Qəbələdə keçirilməyəcək.
Buna səbəb "Qəbələ"nin ev oyunlarını keçirdiyi arenada may ayından start verilən təmir işlərinin hələ başa çatmamasıdır. Buna görə də bölgə təmsilçisi Gəncə klubunu Bakıda "qəbul edəcək". Artıq bu oyunun Mərdəkandakı "Dalğa Arena"da keçiriləcəyi də bəllidir.
Klubdan aldığımız məlumata görə, Qəbələ şəhər stadionunda son tamamlanma işləri gedir. Əslində, işlər yekunlaşıb, sadəcə, yeni salınan ot örtüyünün möhkəmlənməsi üçün qazonun daha 2 həftə qorunmasına qərar verilib. Komanda yalnız bir oyunluq Bakıya "köçüb". Qəbələlilər növbəti ev oyununu məhz öz arenalarında keçirəcəklər.