Ölkə futbolu
Renato Çivelli: “Qəbələ” bizdən daha istəkli idi"
“Hər şeydən əvvəl “Qəbələ”ni təbrik edirəm…
“Hər şeydən əvvəl “Qəbələ”ni təbrik edirəm. Azərbaycanlılar bizə bir daha göstərdilər ki, həmişə ən güclülər qələbə qazanmır. Daha yaxşı hazırlıq keçən və böyük arzusu olan qalib gəlir”.
Futbolinfo.az xəbər verir ki, bunu Fransanın “Lill” klubunun kapitanı Renato Çivelli deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan Fransa təmsilçisi Bakıdan 0:1 hesablı məğlubiyyətlə ayrılaraq, mübarizəni dayandırıb.
33 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında məğlubiyyəti həzm etməkdə çətinlik çəkdiklərini söyləyib: “Məncə, rəqib bizdən daha istəkli idi. Hiss olunurdu ki, onlarda əhval-ruhiyyə yüksək səviyyədə idi. Azərbaycan klubu sanki final, yəni həlledici matça çıxmışdı. Biz top uğrunda mübarizələrdə məğlub ayrılırdıq. Rəqibdə bəzi boşluqların olmasına baxmayaraq, hücumda bundan yararlana bilmədik. “Qəbələ” taktiki cəhətdən daha yaxşı hazırlaşmışdı və riskə yol vermədi. Bizim üçün böyük xəyal qırıqlığı oldu. Həm də bu, mənim Avrokubokda son şansım idi. Bu baxımdan məğlubiyyət həm mənə, həm də komandama ağır zərbə oldu”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib