Müsahibə
Zaur Svanadze: "Özümüzü favorit hesab etmirəm"
Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə “Qarabağ&rdq…
Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə “Qarabağ”ı 2:1 hesabıyla məğlub edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:
– Yaxşı oynadıq. Xüsusilə, ikinci hissədə. İlk hissədə də yaxşı oynansaq da, təəssüfləndirici qol buraxdıq. Oyundan razı qaldım. Belə davam etsək, yaxşı olacaq. Ancaq çempionatda işimiz heç də asan olmayacaq.
– “İnter”in futbolçularını qəhrəman hesab etmək olar?
– Qəhrəman demək düzgün olmazdı. Sadəcə olaraq, meydana çıxmaq və oynamaq lazımdı. Futbolçular yaxşı oynasalar da, qəhrəman adlandırmaq olmaz.
– Çempionatın çətin olacağını dediz. Rəqiblərin gücünə görə belə qənaətdəsiniz?
– Əlbəttə, rəqiblərimizə görə. Çempionatda cəmi 8 komanda çıxış edir və hamısı da güclüdü.
– Bu mövsüm əsas hədəfiniz nədi?
– Əsas hədəfimiz ilk dördlükdə qərarlaşmaqdı. Ötən mövsüm bizim 15-16 futbolçumuz var idi. İndi isə 24-25 futbolçumuz var ki, bu da hər mövqeyə iki oyunçu deməkdi. Əsas istəyimiz isə avrokuboklara vəsiqə qazanmaqdı.
– Qələbəni müdafiə xəttinin oyununa, yoxsa Ruslan Abışovun fərdi ustalığına yazmaq olar?
– Həm komandanın yaxşı oyununa, həm də Ruslanın fərdi ustalıq səviyyəsinə bağlamaq olar.
– “İnter”i çempionluq uğrunda gizli, yoxsa aşkar favorit saymaq olar?
– Özümüzü favorit hesab etmirəm.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub