Premyer-liqa
"Qarabağ" 3 mövsümdü uğurlu starta həsrətdi
Ölkə çempionatının 1-ci turu çərçivəsin…
Ölkə çempionatının 1-ci turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” oyununda qeydə alınan nəticədən sonra ağdamlıların uğursuz seriyası qırılmadı. Futbolinfo.az xəbər verir ki, “atlılar” ardıcıl 3-cü mövsümdü ki, çempionata qələbə ilə başlaya bilmir.
Əyalət təmsilçisi sonuncu dəfə 2013-cü ildə Premyer Liqaya 3 xalla start verib. O zaman “Qarabağ” ilk turda Kaxaber Sxadadzenin “İnter”ini səfərdə üstələmişdi – 2:1. Düzdü, ağdamlılar 2014/15 mövsümünün debüt görüşündə səfərdə “Sumqayıt”ı məğlub etsə də, matçın gedişində Qurban Qurbanovun legioner limitini pozması səbəbindən komandaya texniki məğlubiyyət verilmişdi. Ötən il səfərdə “Qəbələ”ylə 2:2-lik bərabərliyə imza atan “Qarabağ” cari mövsümə də uğursuz başladı. “İnter Arena”da alınan məğlubiyyət (1:2) onların 3 xallı start arzusunu gözündə qoydu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…