Ölkə futbolu
Azərbaycan bankı “Yuventus” ilə əməkdaşlığa başlayır
Azərbaycan Beynəlxalq Bankı dünyanın ən məşhur futbol klub…
Azərbaycan Beynəlxalq Bankı dünyanın ən məşhur futbol klublarından olan "Yuventus"la əməkdaşlığa başlayır. Futbolinfo.az xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.
İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. "İnter Arena"nın bazasında "Yuventus" Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və "İnter" Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində bank reklam və təbliğat məqsədilə "Yuventus" brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…