Bizi izləyin

Ölkə futbolu

Sadıq Sadıqov: Rəqibdən zəif idik və uduzduq (MÜSAHİBƏ)  

“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Xəz?…

blank

“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”la Azərbaycan Superkuboku uğrunda oyundan sonra fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, klub prezidenti komandanın məşqçilər heyətinin istefasından tutmuş öz səhhətinədək açıqlamalar verib…

– Oyun barədə nə deyə bilərsiniz? 
– Belə oyun barədə nə deyim? Futbolda kim istəklidirsə, o da qalib gəlir. Düzdür, məğlub durumda olmasına baxmayaraq, “Neftçi” bərabərlik qolunu vura bildi. Amma son dəqiqələrdə daha bir top buraxaraq, məğlub olduq. Məğlubiyyəti də normal qəbul etmək lazımdı. Bu gün rəqibdən zəif idik və uduzduq.

– Komandanızı tanıya bildiniz? 
– Əsla. Özüm əslən Naxçıvandanam. Bu gün öz doğma yurduma gəlmişdim. İstəyirdim ki, klubumuz burada da azarkeşlərə qələbə bəxş etsin. Amma nədənsə, “Neftçi”nin oyunu alınmadı. “Xəzər Lənkəran” isə layiqli qələbə qazandı. Həm bu, həm də 10 illik yubileyi münasibətilə rəqib komandanı təbrik edirəm. Oyundu, hər şey ola bilər.

– İndiyədək “Neftçi”yə məşqçilər korpusu rəhbərlik edirdi. Düşünmürsünüz ki, bu nəticədən və belə oyundan sonra komandada yeni baş məşqçi məsələsinə aydınlıq gələ bilər? 
– Yəqin ki… Sanki komandada istək yox idi. Elə bil medaldan doyublar. Nə isə dəyişiklik etmək lazımdır ki, medal aclığı, medal istəyi olsun. “Xəzər Lənkəran”ın istəyi “Neftçi”dən çox-çox yüksək idi. Ona görə də qalib gəldi.

– Məşqçilər Şurası bütövlüklə istefaya göndəriləcək? 
– Bu məsələyə baxılacaq, yaxın günlərdə klubun şurasında müzakirəyə qoyulacaq və çıxarılan qərar barədə mətbuata geniş məlumat veriləcək. 

– Böyükağa Hacıyevin baş məşqçi postuna qayıdışı mümkündü? 
– Xeyr. Böyükağa müəllim istefa verib. Elə məsələlər var ki, burada açıqlaya bilmərəm. Bilirsiniz, onun səhhətində də problemlər var. Amma yenə bizim yanımızdadı, müşavirimdir. Bizə yeni bir güc, yeni baş məşqçi gəlməlidi. Yaxşı formalaşmış komandamız var. Amma Hacıyevin baş məşqçi təyin olunması gündəlikdə deyil.

– Bir müddətdi ki, özünüzün də “Neftçi”nin prezidenti postundan ayrılmaq istədiyinizə dair xəbərlər dolaşır… 
– Bilirsiniz, mən yorulmuşam. Həqiqətən yorulmuşam. Mən idman adamıyam, bütün günü idmanın içindəyəm. Mən idmançılarımızın qələbəsi, məğlubiyyəti ilə yaşayıram. Özümün səhhətində də bəzi problemlər var. Bu günədək heç kimə müraciət etməmişəm. Amma görürəm ki, gündən-günə gücüm tükənir. Bu gün sağ-salamatıqsa, böyük şeydir. Səhhətimdə problemlər olduğundan, klubdan getməyi düşünürdüm. İstəyirdim ki, yeni rəhbərlik gəlsin, yeni heyət qursun. “Neftçi” ardıcıl 3 mövsüm çempion oldu, Avropa Liqasının qrup mərhələsinə düşdü. Nəyin bahasına düşdü, onu bir Allah bilir. Sağlıq durumu da öz sözünü deyir. Ona görə söz-söhbət var idi. Özüm bunu istəyirdim. Nə bilim… “Arzudan arzu doğur” deyiblər. Elə hey sabahı gözləyərək qalmışıq. Amma yenə deyirəm, vallah-billah, səhhətimlə bağlı vəziyyət çox pisdi. Həddən artıq pisdi. Burda durmuşam, oyuna baxıram, amma vəziyyətim elədi ki, sözlə ifadə edə bilmirəm. Mən də həyəcanlı insanam. Gücüm də tükənib. Qalmaqallar-filanlar… Hamısını bu 3 ildə yaşadıq. Nə bilim, vallah… Qismət Allahdandı. İnşallah, baxarıq görək nə olur?

– Getməyinizə mane olan nədir? Bəlkə klub daxilindən getməyinizi istəmirlər? 
– Bizim çox yaxşı kollektivimiz var. Futbolçularla prezident kimi yox, dost münasibətində olmuşam. Amma bu gün özüm tükənirəm, gücüm tükənir. Mən futbol sahəsinə gələndə futbolun bu qədər həyəcanlı, bu qədər qalmaqallı oyun olduğunu bilmirdim. Mən heç vaxt qalmaqalı sevməmişəm. Həyatım boyunca adım heç bir qalmaqalda hallanmayıb. Bu gərginliklər mənim sağlamlığıma çox ziyan vurub. Hətta indi mükafatlandırma mərasiminin keçirildiyi yerə getməyə halım yoxdu. Məsələ bundadı. 

Lent.az-ın 

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm