Ölkə futbolu
“Neftçi”dən “Mil-Muğan”a
Yay fasiləsi zamanı “Neftçi”ni tərk edən Elşə…
Yay fasiləsi zamanı “Neftçi”ni tərk edən Elşən Rzazadənin klubsuz günləri davam edir. Perspektivinə böyük ümidlər bəslənən yarımmüdafiəçi hazırda fərdi məşqlərlə kifayətlənir.
Futbolinfo.az sayt xəbər verir ki, gənc futbolçu bu mövsüm Premyer Liqada olmayacaq. Əldə etdiyimiz məlumata görə, Rzazadə “Mil-Muğan”da çıxış edəcək. Bu isə səbəbsiz deyil. Belə ki, Elşən “Mil-Muğan”ın baş məşqçisi Aqil Məmmədovun köməkçisi olan Elbrus Məmmədova çox yaxşı tanışdır. Elşən “Xəzər Lənkəran”da məhz Elbrus Məmmədovun rəhbərliyi altında çıxış edib.
“Mil-Muğan”da oynamaq şansının yüksək olduğunu əməkdaşımızla söhbətində Elşən özü də təsdiqləyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…