Ölkə futbolu
Bakı Olimpiya Stadionuna avtobus xətti açılacaq
Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq. F…
Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq. Futbolinfo.az "Report"a istinadla xəbər verir ki, avtobuslar metronun Koroğlu stansiyasından stadiona doğru hərəkət edəcək.
Bu barədə stadionun direktoru Cavid Qarayev məlumat verib. Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun "Koroğlu" stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər:
"Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdən asılı olaraq avtobusların iş qrafiki artırıla bilər. Xəttin bu həftə ərzində istifadəyə verilməsi gözlənilir".
Qeyd edək ki, Olimpiya stadionuna getmək istəyənlər "Koroğlu" metrosundan çıxdıqdan sonra piyada hərəkət edirlər.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…