Ölkə futbolu
“Höteborq”un prezidenti: "Bizi “Qarabağ”la çətin matçlar gözləyir"
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində…
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” müdafiə xəttindəki boşluğu hələ də doldura bilməyib. Futbolinfo.az xəbər verir ki, məsələyə artıq klub prezidenti Frank Andersson özü qarışıb.
O, yerli mətbuata açıqlamasında “Palermo”ya 11,5 milyon avroya satdıqları sol cinah müdafiəçisi Haytam Alesaminin yerinə axtarışlarını davam etdirdiklərini bildirib.
Andersson “Qarabağ”la matça qədər bu problemi yoluna qoymağa çalışdıqlarını söyləyib: “Hazırda axtarışlarımız davam edir. İstəyirik ki, alacağımız oyunçu komandaya əlavə güc qatsın. Gənc müdafiəçimiz Billi Nordstömə də güvənirəm. Onun gələcəkdə komandaya çox xeyri dəyəcək. Amma hələ cəmi 21 yaşı var. Elə futbolçu gətirməliyik ki, Billi onunla rəqabət aparıb, daha da “artırsın”. Bizi Avroliqada “Qarabağ”la çətin pley-off matçları gözləyir. Çalışırıq azərbaycanlılarla ilk görüşə qədər müdafiədəki bu boşluğu dolduraq. Əks təqdirdə, “Qarabağ”la oyunda problem yaşaya bilərik”.
Qeyd edək ki, “Höteborq”la “Qarabağ” arasındakı ilk görüş avqustun 18-də İsveçdə keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”