Premyer-liqa
"Neftçi" rəsmən açıqladı: "Zirə" ilə matç "Əlincə Arena"da keçiriləcək
Azərbaycan Premyer Liqasının 2-ci turunun "Neftçi"…
Azərbaycan Premyer Liqasının 2-ci turunun "Neftçi" – "Zirə" matçının "Əlincə Arena"da keçiriləcəyi tam rəsmiləşib. Futbolinfo.az "Neftçi"nin rəsmi saytına istinadla xəbər verir ki, "Bakcell Arena” renovasiya işləri ilə əlaqədar olaraq bağlandığı üçün bu klubun "Zirə” ilə oyunu "Əlincə Arena”da baş tutacaq.
Avqustun 14-də saat 20:00-da başlanacaq oyunda iştirak etmək istəyən jurnalistlərin stadiona rahat gedib-gəlmələri üçün "Neftçi” tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da "Gənclik” metro stansiyası yaxınlığından ("Bazar Store” ilə üzbəüz) yola düşəcək.
Qeyd edək ki, hələ PFL bu barədə rəsmi açıqlama yaymayıb. Qurumun rəsmi saytı növbəti turun oyunları ilə bağlı yaydığı son açıqlamada bu oyunun hələ də "Bakcell Arena"da keçiriləcəyini qeyd edir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”