Dünya futbolu
“İnter”dən yeni transfer
İtaliya “İnter”i növbəti transferini həyata ke&cc…
İtaliya “İnter”i növbəti transferini həyata keçirib. Futbolinfo.az xəbər verir ki, Milan klubu “Sportinq”in yarımmüdafiəçisi Joao Marionu heyətinə qatıb.
Portuqaliya yığmasının heyətində Avropa çempionatında əla çıxışla diqqət çəkən Mario avqustun 15-də yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək. Bu keçid italyanlara 40 milyon avroya başa gəlib. 23 yaşlı futbolçu özünü doğrulda bilsə, “neradzurra” qarşı tərəfə daha 5 milyon avro ödəyəcək. “İnter”lə 5 illik müqavilə imzalayacaq Avropa çempionunun illik məvacibi 3 milyon avro təşkil edəcək.
Qeyd edək ki, “İnter” ona qədər Caner Erkin, Ever Baneqa, Canluka Kaprari və Antonio Kandrevanı transfer etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”