Bizi izləyin

Müsahibə

Roman Qriqorçuk: “Mütləq Uiksin əvəzlənməsinə ehtiyac var”

“Qəbələ”nin bu gün keçirdiyi forma və akse…

blank

“Qəbələ”nin bu gün keçirdiyi forma və aksessuar təqdimatında komandanın baş məşqçisi Roman Qriqorçuk da iştirak edirdi. Ukraynalı mütəxəssis tədbir vaxtı futbolinfo.az saytının suallarını cavablandırmağa da macal tapdı.

– Həyatınızda nə vaxtsa 15 dəqiqə kəsiyində bu qədər şəkil çəkdirmişdiniz?
– Buna bənzər hallarla üzləşmişdim. Ancaq hər dəfə belə epizodları yaşayanda xoş hisslər keçirirəm. Bu cür tədbirlər keçirildikdə xeyli sayda insan mərasimə qatılır. Bu da öz növbəsində onların futbola olan məhəbbətinə müsbət təsir edir.

– Burdan 20 metr aralıqda Teo Uikslə fanat arasında “Play Station” mübarizəsi gedir. Futbolçunuz “Qəbələ”ni təmsil edir və “Qarabağ”a 0:1 məğlub durumdadı. Baş məşqçi nə əcəb məsələyə müdaxilə etmir?
– Mütləq Uiksin əvəzlənməsinə ehtiyac var (gülür). 

– Bu cür aksiyaların davamını…
– Heç sualınızı sonadək dinləmədən cavab verməyə hazıram. Birmənalı şəkildə! Bu cür görüşlər azarkeşlərlə, media mənsubları ilə futbol ab-havasını yaxşılaşdırır. Əlbəttə ki, futbolun imicini də qaldırır. 

– Arxa tərəfinizdə “Qəbələ” – “Lill” matçının videoyazısı gedir…
– Bu, ömürlük xatirədi. Həmin anlara baxdıqda tüklərim biz-biz durur. Arzu edərdim ki, bu cür oyunlarımız çoxlu sayda olsun.

– “Lill” kimi güclü rəqib üzərində qələbədən sonra azarkeşlər “Maribor”la matçlarda komandanızdan qələbədən başqa heç bir nəticə gözləmirlər. Bu amil yetirmələrinizi psixoloji təzyiq altında saxlamır?
– Bilirsiniz, fransızlarla oyundan öncə yetirmələrimə demişdim ki, “Lill” səddini aşsaq, qrupa düşəcəyik. Təbii ki, futbolçular dediklərimi unutmayıblar. Bu yükü üzərimizdən atmalıyıq. Əlbəttə, qalib gəlmək istəyirik və mərhələ adlamaq haqda düşünürük. Ancaq ilk növbədə digər nəticə qeydə alınacağı təqdirdə dünyanın axırı olmadığını anlamalıyıq. Beynimizi oyunun düzgün təşkil olunması, görüşə sərbəst hazırlaşmağın yolları, rəqibə doğru qiymət verilməsi ilə yükləməliyik. Bizə soyuq baş, alovlu ürək lazımdı. İntelektual səviyyəmiz ən yüksək həddə olmalıdı. Taktiki gedişlərimiz, strateji düşüncələrimiz zirvə nöqtəsində olmalıdı. Beynimizdə zərrə qədər həyəcan hissi olsa, ən yüksək səviyyədə oynaya bilməyəcəyik. 

– “Maribor”un vizit kartını nədə görürsünüz?
– Hücumlarını sürətlə qurmaq bacarığı. Deməzdim ki, fantastik dərəcədə kombinasiyalı futbol oynayırlar. Sloveniyalıların olduqca ciddi bir neçə güclü hücum gedişi var. Hücum zamanı olduqca aqressiv olurlar. Meydanda baş verənlərə əsasən hərəkət etməli deyilik. Biz onların istənilən gedişinə oyundan əvvəl hazır olmalıyıq. Bax, belə olacağı təqdirdə istəyimizə çata bilərik.

– Qeyd etdiyiniz gedişlərdən birini də biz deyək: müdafiə xəttindən birbaşa hücumçuya ötürmə edilir. O da topu arxadan gələn yarımmüdafiəçinin önünə atır. Üçgedişli kombinasiya sözügedən yarımmüdafiəçinin zərbəsi ilə nəticələnir. Bu tip hücumların qarşısını almaqda ən böyük yük dayaq yarımmüdafiəçilərinin üzərinə düşür…
– Tamamilə düzgün təhlildir. Bu, “Maribor”un mümkün təhlükəli hücumlarından biridi. Qeyd etdiyiniz kombinasiya zamanı ən böyük təhlükə ilk ötürmədədi. Çünki şərti rəqiblərin bir neçə futbolçusu həmin ötürmə zamanı oyundan silinir. Belədə, kompakt hərəkət yoxdursa, hücumçu komanda yoldaşını zərbə mövqeyinə çıxara bilir. Bunun qarşısını almaq üçün top hücumçuya ötürülən zaman futbolçular seyrci mövqeyində olmamalıdı. Onlar hərəkət etməlidi. Və ən əsas məqam: bizim bunu bilməyimiz yetərli deyil. Buna qarşı tətbiq etməyi planlaşdırdığımız əks- arqumentləri həyata keçirməkdi!
 
– Ev oyununun Mərdəkanda keçirilməsi barədə nə deyə bilərsiniz?
– Azarkeşlərin bu stadiona gəlməsi ilə bağlı ciddi problemlə üzləşməsi haqda xəbərim var. Ancaq inanıram ki, klub rəhbərliyi də əlindən gələni edəcək, fanatlarımız da bu çətinliklərə baxmayaraq, bizi tək qoymayacaq. Dəfələrlə “Bakcell Arena”da onların dəstəyindən yararlanmışıq. Faiz etibarilə deyə bilmərəm onların rolu nə qədər olub. Ancaq bu rəqəmin böyük olduğunu söyləyə bilərəm. Bax, bu faizdən məhrum olmaq istəməzdik. Çünki bu cür dəstək altında biz nəzərəçarpacaq dərəcədə güclü oluruq. Üzümü azarkeşlərə tutub deyirəm ki, sizə böyük ehtiyacımız var. Allah eləməmiş, tribunalar dolmasa, ən çox itirən tərəf biz olacağıq.

– Rəşad Sadiqovun Bakıda oyunda meydana çıxmayacağı məlumdu. Onu Elvin Camalovla əvəzləyəcəksiniz, yoxsa dünən “İnter”lə oyunda olduğu kimi, çoxsaylı mövqe rotasiyalarına əl atacaqsınız?
– Bilirsiniz, nəyisə sirr olaraq saxlamağa cəhd etsəm belə, bunun heç bir xeyri olmayacaq. Çünki “Maribor”da peşəkar mütəxəssislər çalışır. Belə deyək, “Lill”lə matçla müqayisədə, böüyk dəyişikliklər olmayacaq. Ancaq bu, o anlama gəlmir ki, start heyəti artıq müəyyənləşib. Qarşıda 5 iş günümüz var. Kimsə özünü elə göstərə bilər ki, məni start heyətində dəyişklik etməyə məcbur etsin və ya əksinə, məşqlərdə olduqca zəif təsir bağışlamaqla özünü ehtiyata atdırsın. 

– Və sonuncu sual. Sadiqovun yoxluğunda Camalov yoxsa Tellur Mütəllimov?
– Üç, hətta dörd variantım var. Futbolçular qarşısına konkret məqsədlər qoyulacaq. Həmin məqsədlərə çatmağa ən yaxın kim olacaqsa, onu da start heyətində görəcəksiniz.  

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm