Müsahibə
Fariz Nәcәfov: “Bizi başa düşsünlər”
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa…
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan Sloveniya "Maribor"u ilə ilk matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Oyun haqda fikirləriniz?
– Maraqlı oyun keçdi. Rəqibimiz çox güclü idi. Gözlədiyimizdən də gözəl oyun alındı. Boşalmaq olmaz. Səfərdəki oyunda bütün suallara aydınlıq gələcək.
– İlk qoldan sonra planların alt-üst olduğunu düşündünüzmü?
– Xeyr, artıq komanda şəklində formalaşmışıq. Qapımızda qol buraxsaq da, özümüzə gəlməyi bacardıq. Artıq eyni üslubda oynayırıq.
– Hücumçu məsələsi həll olunub?
– Xeyr, axtarırıq. Bu, bizim yaralı yerimizdir. Axtarışlarımız davam edir. Əlcəzairli hücumçu ilə son anda anlaşa bilmədik.
– Komanda qrup mərhələsinə düşsə, rəhbərlik kisənin ağzını açacaq?
– Əlimizdə nə varsa, ondan maksimum istifadə edirik. Ola bilər ki, hücumçu transfer edilsin. Klub prezidenti ilə danışacağıq və qərar veriləcək.
– Məhdud heyət və az məbləğlə bu nəticə yaxşıdır?
– Buna kənardan qiymət vermək lazımdır.
– “Sumqayıt”la oyunun təxirə salınması söz-söhbətə səbəb oldu…
– Səfərə getmək üçün az vaxt qalırdı. Heyətimiz kasaddır. Bizi başa düşsünlər.
– Bu gün ilk dəfə “Dalğa Arena”da oynadınız. Dəyişikliyi hiss etdiniz?
– Bəli, hiss etdim. 2 çempionat oyununda burda çıxış etmişdik. Hiss olunurdu ki, futbolçular oyunun əvvəlində mühitə uyğunlaşma prosesi keçirdilər.
– Komanda Qəbələyə nə vaxt qayıdacaq?
– Millinin oyunlarından sonra planımız var.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”