Dünya futbolu
Dmitri Nazarov penaltini qola çevirsə də…
Futbol üzrə Almaniya Kubokunda birinci mərhələnin oyunları k…
Futbol üzrə Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də ilk kubok matçına çıxıb.
Sözügedən komanda "İnqolştadt" ilə qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə yarım saatda da tərəflər fərqlənə bilməyib. Nəticədə qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb. Daha dəqiq oynayan "İnqolştadt" 8:7 hesabıyla üstün olub və növbəti mərhələyə adlayıb. Nəticədə, "Ersgebirge" kubokda mübarizəni startdaca dayandırmalı olub.
Nazarov start heyətdə çıxdığı qarşılaşmanın sonunadək meydanda olub. O, penalti seriyasında da iştirak edib və rəqib qapıçını məyus etməyi bacarıb. Lakin komanda yoldaşlarının birinin zərbəsi dəqiq alınmadığına görə, futbolçumuz və komandası kubokla erkən vidalaşmaq məcburiyyətində qalıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?