Ölkə futbolu
Kamran Ağayev Xətaidə uşaqlarla futbol oynadı
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonundakı məhəll…
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılıb. Futbolinfo.az xəbər verir ki, meydança təmənnasız olaraq məhəllə sakinlərinin ixtiyarına verilib.
“Sumqayıt” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün səyyar meydançada uşaqlarla görüşüb, onlarla birgə futbol oynayıb, xatirə şəkli çəkdirib, avtoqraf verib.