Ölkə futbolu
"Qarabağ"ın oyununa 2-ci təyinat
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" &nda…
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" – “Höteburq” (İsveç) komandaları arasında keçiriləcək cavab matçı Azərbaycan futbol ictimaiyyətinə tanış hakimə tapşırılıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı idarə edəcək rusiyalı referi Vladislav Bezborodov indiyədək 3 dəfə təmsilçilərmizin iştirakı ilə keçirilən matçlarda ədaləti qoruyub.
Bezborodov ilk dəfə 2011-ci ildə Birlik kubokunda “İnter”in Latviya "Venetsplis"inə və Belarus "Şaxtyor"una qarşı keçirdiyi matçları idarə edib. Baltikyanı ölkə təmsilçisinə qarşı 2:0 hesabı ilə "İnter"in xeyrinə bitən matçda hakim "bankirlər"in 1, rəqibin isə 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. "Şaxtaçılar"la qolsuz bərabərliklə bitən oyunda isə təmsilçimizin 2, rəqibin 1 futbolçusuna xəbərdarlıq edib.
O, həmçinin ötən mövsüm AL-in pley-off görüşündə ağdamlıların səfərdə İsveçrə “Yanq Boyz”unu üstələdiyi (1:0) oyunda Reynaldo və Riçard Almeydaya sarı vərəqə göstərmişdi. Bundan başqa o, isveçrəlilərin də 1 futbolçusuna xəbərdarlıq etmişdi.
Bu, 2009-cu ildən FİFA referisi statusunu daşıyan 43 yaşlı fit sahibinin karyerasında 54-cü beynəlxalq matç olacaq. Referi indiyədək həmin oyunlarda 190 sarı və 12 qırmızı vərəqə göstərib. 15 dəfə isə qapılara penalti təyin edib.