Ölkə futbolu
“Qarabağ” Suraxanıda, rəqibi Respublika stadionunda
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çə…
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ” – "Höteborq” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
“Futbolinfo” xəbər verir ki, avqustun 24-də "Azərsun Arena”nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Ağdam klubunun son məşqi isə 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Höteborq”un baş məşqçisi isə avqustun 24-ü saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İsveç təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib