Ölkə futbolu
“Neftçi”də nə baş verir?
“Neftçi”nin son turda “Qarabağ”a b&oum…
“Neftçi”nin son turda “Qarabağ”a böyük hesabla uduzması klubda vəziyyəti bir qədər də qəlizləşdirdi. Uğursuz nəticələrdən sonra kluba təzyiqlər artıb ki, bu da başadüşüləndi.
Bakılıların xüsusilə azarkeşləri ilə yaşadıqları heç də xoş deyil. Fanatlar küsüb oyunlara gəlmir, klub isə sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən şəxslərdən polisə şikayət edib. Münaqişənin həll olunması üçün polisə müraciət edilməsi heç də yaxşı variant deyil, lakin yəqin, “Neftçi” rəhbərliyinin başqa yolu qalmayıb.
Amma bu addım nəticə verib. Artıq azarkeşlərin çox aktiv olduğu “Neftçhi Baku” (Fan Page) səhifəsində bu barədə məlumat yerləşdirilib. Səhifədə adminlərdən birinin səhlənkarlığı nəticəsində bəzi təhqirlərə yol verildiyi və Tofiq adlı həmin şəxsin işindən uzaqlaşdırıldığı bildirilib. Məlumatda rəhbərlikdən bunu üzrlü hesab etmələri istənilib.
Klub rəhbərliyi təkcə azarkeşlərlə münasibətləri həll etməyə çalışmır. Komandanın uğursuz çıxışı da ciddi müzakirə olunur və bəzi addımlar atılacaq. Tezliklə klubdaxili iclas reallaşacaq, orada məşqçinin təqdimatına əsasən, bəzi oyunçular cəzalandırılacaq. Klub bir sıra yerli ön xətt oyunçularının məşqçiyə legionerləri oynatmaması üçün təzyiq etmək naminə bilərəkdən zəif çıxış etdiyini düşünür.
Konkret olaraq, kimin hədəfdə olduğunu bilməsək də, yəqin ki, Ruslan Qurbanov, Cavid İmamverdiyev, Rəhman Hacıyev və Araz Abdullayevdən ikisi əvəzedici komandaya göndəriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç