Ölkə futbolu
İsveçdən 6 jurnalist, 50 fanat gəlir
Avqustun 25-də Avropa Liqasının pley-off matçı çər&…
Avqustun 25-də Avropa Liqasının pley-off matçı çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Höteborq”un Bakıya səfər planı bəllidi. Futbolinfo.az xəbər verir ki, isveçlilər sabah 17:00-da paytaxtımıza gələcək.
Qonaqlar “Hilton” otelində yerləşəcək. Matçı işıqlandırmaq üçün Skandinaviya ölkəsindən 6 jurnalist təşrif buyuracaq.
Bundan başqa, “Höteborq” bu oyunda dəstəksiz qalmayacaq. Onları Bakıda təxminən 50 azarkeş dəstəkləyəcək. Sözügedən fanatlar 28-ci sektorda yer alacaqlar.
Qeyd edək ki, oyun avqustun 25-i, saat 20:30-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib