Ölkə futbolu
"Maribor"un futbolçusu: "Qələbə qazana, "Qəbələ"ni keçə bilərik"
“Qəbələ” ilə cavab oyununa hazırlaşmaq üç…
“Qəbələ” ilə cavab oyununa hazırlaşmaq üçün vaxtımız az oldu. Təəssüf ki, son vaxtlar uğursuzluqlarla üzləşirik. Ancaq inanıram ki, buna son qoyacağıq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Sloveniyanın “Maribor” klubunun futbolçusu Aleş Mertel Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab oyunu haqda danışarkən deyib.
Klubun rəsmi saytına açıqlama verən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, “Qəbələ” ilə oyunda uğursuz seriyaya son qoya bilərlər:
“Bilirik ki, son oyunlarda nələrisə düz etməmişik. Artıq səhvlərimizdən dərs çıxarmışıq. Biz öz gücümüzə inanırıq. Bu cür vəziyyətdən çıxa biləcəyimizi dəfələrlə göstərmişik”.
Sloveniya millisinin sabiq üzvü azarkeşlərin dəstəyi sayəsində mərhələni keçəcəklərinə inandığını bildirib: “Hər növbəti oyun bir tarixdir. Nikbin olmalıyıq. Güclü azarkeş dəstəyi nəticəsində qələbə qazana və mərhələni keçə bilərik. Sabah azarkeşlər stadionu qalaya çevirəcəklər. Hamımız qələbəyə köklənməliyik”.
Qeyd edk ki, sabah keçiriləcək “Maribor” – “Qəbələ” oyunu Bakı vaxtı ilə 22:15-də başlayacaq. Komandalar arasında Bakıda keçirlən oyun “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?