Ölkə futbolu
Sizi tanıyırlar, Hafiz bəy!
"Mən çox optimistəm. Ən çətin günlərdə b…
"Mən çox optimistəm. Ən çətin günlərdə belə ruhdan düşmədim. İndi sabaha daha çox ümidliyəm" – sportinfo.az-ın məlumatına görə, bunu "Bakı"nın prezidenti Hafiz Məmmədov deyib.
Məşhur iş adamı sahibi olduğu klubun I divizionda mübarizədən kənarda qalmasına münasibət bildirib. O, yeni çempionatda iştirak etməmələrini bəzi şəxslərin qərəziylə əlaqələndirib: "Təminat məktubu istədilər, biz də vermədik. Məgər onlar məni tanımır? Bilmirlər ki, Premyer Liqanın rəsmi titul sponsoru olan "Topaz"ın səhmlər paketinin bir hissəsi mənə məxsusdu? "Topaz" Peşəkar Futbol Liqasıyla iş görür, elə isə "Bakı"dan bank zəmanəti istəmək hansı məntiqə sığır? İnşallah, bu bir tarix olacaq və geridə qalacaq. "Bakı"nın dirçəlməsi üçün öz tərəfimdən lazım olan bütün işləri görürəm. Akademiya ilə bağlı son göstərişlərimi vermişəm. Yeniliklərimiz çox olacaq. Bu gün "Bakı"ya barmaqarası yanaşanlar vaxt gələcək, etdikləri hərəkətlərdən peşmançılıq hissi keçirəcək".
Tipik Hafiz Məmmədov barmaqsilkələməsidi. Əsası olmasa da, arxasında ciddi iş görmək bacarığı dayanmasa da, deyir, hədələyir.
“Topaz”la bağlı məsələ ayrı mövzudu. Bu şirkətin kimə məxsus olduğunu heç qurumun özündə bilmirlər, deyəsən, Məmmədov da oradan necə təcrid edildiyinin fərqində deyil. Lap deyək ki, səhm sahibidi – bu, nəyi dəyişir ki? Əcnəbi futbolçulara 7 milyon dollar da elə Hafiz bəy “Topaz”ın sahiblərindən biri olarkən yaranmadımı? Yəni, idarəçilik bacarığının zəif olmasını etiraf etmək, qardaşına görə uçuruma yuvarlandığını etiraf etmək buqədərmi çətindi?
Təminat məktubunu vermədiyini etiraf edən “Bakı”nın prezidentinin sualı da maraqlıdı: “Məgər onlar məni tanımır”. Onlar – yəni, AFFA rəhbərliyi elə sizi tanıdığı üçün belə etdi, Hafiz bəy. Görünən kəndə nə bələdçi? Futbolumuz qarşısında xidmətlərinizi kimsə dana bilməz, amma klub idarəçiliyi sizlik deyil – bunu yetərincə sübut etmisiz. Qardaşınıza görə bütün yaratdıqlarınızı dağıtmağı, akademiyanı məhv etməyi, neçə-neçə insanı çətin vəziyyətdə qoymağı yalnız siz bacarardız…
AĞA
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?