Dünya futbolu
“Barselona”dan daha bir rəsmi transfer – FOTO
“Valensiya”nın hücumçusu Pako Alkaserin &ldqu…
“Valensiya”nın hücumçusu Pako Alkaserin “Barselona”ya transferi rəsmiləşib.
Futbolinfo.az klub saytına istinadla xəbər verir ki, 23 yaşlı forvard yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Futbolçunun müqaviləsinə salınan bəndə görə, onun transfer qiyməti 100 milyon avrodu. Bu keçid “Valensiya”ya 30 milyon avro qazandırıb. Forvard özünü doğrulda bilsə, “yarasalar” daha 2 milyon mükafat əldə edəcəklər.
Əvəzində isə “Barsa” hücumçusu Munir El-Haddadini “Valensiya”ya icarəyə verib. Munir yeni klubunda yaxşı təsir bağışlasa, “Valensiya” gələn yay onu 12 milyon avro qarşılığında birdəfəlik transfer edəcək.