Milli komanda
Emin Mahmudov: "San-Marinonu udmasaq, pis olacağıq"
"San-Marino yığması ilə oyunumuz çətin olacaq. &Ccedi…
"San-Marino yığması ilə oyunumuz çətin olacaq. Çünki rəqib böyük qüvvə ilə müdafiə olunacaq".
Futbolinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının debütantı Emin Mahmudov bu gün jurnalistlərə açıqlamasında bildirib.
Millimizin 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığması ilə sentyabrın 4-də səfərdə keçiriləcək matç haqda danışan "Boavişta"nın yarımmüdafiəçisinin fikrincə, ilk qolu vura bilsək, ardı gələcək:
"Mütləq udmaq lazımdır. Udmasaq, pis vəziyyətdə olacağıq. Buna görə qələbə ilə başlamaq yaxşı olardı. Rəqibin oyununu hələ görməmişəm. Hələ millidə oynamadığımdan, deyə bilmərəm ki, həyəcan olacaq, ya yox. Oynayandan sonra milli ilə klub arasında fərqi deyə bilərəm. Komandada hər şey yaxşıdır. Burada tanıdığım futbolçular var, problem yoxdur".
Mahmudovun fikrincə, hər bir rəqibə qarşı ciddi yanaşmaq lazımdır: "Meydana yaxşı əhval-ruhiyyədə, qələbəyə köklənərək çıxmaq lazımdır. Hər oyun çətindir. Köklənmə olmayanda, hər matç çox ağır olacaq. İstər San Marino olsun, istər Andorra, kiminlə oynayırsan oyna, fərqi yoxdur".
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?