Milli komanda
Millimiz San Marinoya tək qolla qalib gəldi
Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə …
Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsi start götürüb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması da ilk oyununa çıxıb.
Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə birgə C qrupunda yer alan millimiz ilk oyununu sonunculara qarşı keçirib. Robert Prosineçkinin çalışdırdığı komandamız bu rəqibi ilə səfərdə qarşılaşıb. Buna baxmayaraq, millimizdən qitənin ən zəiflərindən biri olan san marinolularla görüşdə hər kəs ancaq qələbə gözləyirdi.
Gözlənildiyi kimi, futbolçularımız bu görüşdə qələbə qazana biliblər. Baxmayaraq ki, rəqibin azlıqda qalmasına baxmayaraq, komandamız sadəcə, 1 qol vura bilib.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
4 sentyabr
San Marino – Azərbaycan – 0:1 (0:1)
Qol: R.Qurbanov, 45 (0:1).
Sarı vərəqə: M.Vitayoli, 36. D.Çezarini, 57.
Qırmızı vərəqə: K.Brolli, 52.
Baş hakim: Sebastyen Delferyer (Belçika).
Serravalle, "San Marino" stadionu.
San Marino: 1. Aldo Simonçini, 2. Davide Çezarini, 3. Kristian Brolli, 6. Davide Simonçini, 7. Matteo Vitayoli (k) (22. Karlo Valentini, 85), 8. Xose Hirş, 10. Mirko Palatsi, 14. Luka Tosi, 15. Marko Berardi (16. Danilo Rinaldi, 73), 19. Filipp Berardi, 20. Nikola Çiarutsi (21. Lorenso Qasperoni, 53).
Ehtiyat oyunçular: 4. Covanni Bonini, 5. Fabio Vitayoli, 9. Mattia Stefanelli, 11. Enriko Qolinuççi, 12. Cakomo Muraççini, 12. Alessandro Della Valle, 17. Alessandro Byanki, 18. Pyetro Qalsolari, 23. Elia Benedettini.
Baş məşqçi: Pyerancelo Manzaroli.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 11. Ruslan Qurbanov (9. Namiq Ələsgərov, 69), 13. Dmitri Nazarov (16. Emin Mahmudov, 78), 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov (20. Ramil Şeydayev, 89), 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 4. Pavel Paşayev, 6. Tərlan Quliyev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 10. Elvin Məmmədov, 12. Anar Nəzirov, 15. Mahir Mədətov, 17. Rəhman Hacıyev, 23. Səlahət Ağayev.
Baş məşqçi: Robert Prosineçki.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?