Dünya futbolu
Almaniya qalib gəldi, Çexiyada heç-heçə
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zon…
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının səfərdə San Marino ilə qarşılaşdığı gündə rəqiblərimiz də meydana çıxıb.
Belə ki, C qrupunun favoriti hesab olunan Almaniya yığması səfərdə Norveçlə qarşılaşıb. Gözlənildiyi kimi, almanlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
Çexiya isə doğma meydanda Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada isə qapılara qol vurulmayıb.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
4 sentyabr
Çexiya – Şimali İrlandiya – 0:0
Norveç – Almaniya – 0:3
Qollar: T.Müller, 16; 60. C.Kimmix, 45.