Ölkə futbolu
"Qəbələ" Moldova klubuna qalib gəldi
Hazırda Ukraynada təlim-məşq toplanışı keçirən "Q?…
Hazırda Ukraynada təlim-məşq toplanışı keçirən "Qəbələ" hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşüb.
Qarşılaşma Azərbaycan klubunun qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu 79-cu dəqiqədə Baqali Dabo vurub. 90-cı dəqiqədə Rəşad Eyyubovun qolu isə yekun nəticəni müəyyənləşdirib – 2:0.
Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.