Dünya futbolu
İspaniyadan darmadağın, Türkiyədən heç-heçə
DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunları k…
DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, bu gecə Avropa zonasında daha 9 oyun keçirilib.
D, İ və G qruplarında baş tutan qarşılaşmalarda 18 komanda mərhələyə uğurlu start verməyə çalışıb.
Ən maraqla gözlənilən qarşılaşmalardan biri İ qrupunda keçirilən Xorvatiya – Türkiyə oyunu olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Həmin qrupun Ukrayna – İslandiya matçında da eyni nəticə qeydə alınıb.
İlk dəfə beynəlxalq arenada rəsmi oyun keçirən Kosovo isə Finlandiya səfərində 1 xalla dönməyi bacarıb. Balkanlılar finlərin vurduğu bir qola eyni sayda qolla cavab verə biliblər.
İspaniya – Lixteynşteyn matçı gözlənildiyi kimi, birincilərin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər matçında İtaliya səfərdə İsraildən üstün olub. Albaniya – Makedoniya görüşü isə ikinci hissə zamanı güclü yağış səbəbindən yarıda dayandırılıb.
DÇ-2018
Seçmə mərhələ
I tur
5 sentyabr
D qrupu
Gürcüstan – Avstriya – 1:2
Qollar: Ananidze, 78 – Hintereger, 16, Yanko, 42
Uels – Moldova – 4:0
Qollar: Voks, 38, Allen, 44, Beyl, 51, 90+5-pen.
Serbiya – İrlandiya – 2:2
Qollar: Kostiç, 62, Tadiç, 69 – Hendrik, 3, Mörfi, 81
İ qrupu
Finlandiya – Kosovo – 1:1
Qollar: Arajuri, 18 – Berişa, 61-pen.
Xorvatiya – Türkiyə – 1:1
Qol: Rakitiç, 45-pen. – Hakan Çalhanoğlu, 45+2
Ukrayna – İslandiya – 1:1
Qollar: Yarmolenko, 41 – Finnboqasson, 6
G qrupu
İspaniya – Lixtenşteyn – 8:0
Qollar: Kosta, 11, 67, Roberto Serxi, 55, David Silva, 59, 90+1, Vitolo, 60, Morata, 82, 84
Albaniya – Makedoniya – 1:1 (yarıda qalıb)
Qollar: Sadiku, 9 – Alioski, 51.
İsrail – İtaliya – 1:3
Qollar: Ben Haim, 35 – Pelle, 14, Kandreva, 31-pen. İmmobile, 83.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu