Dünya futbolu
Əliyar Ağayev Rusiya – Qana oyununu idarə etdi – VİDEO
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Qana yığmal…
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Qana yığmaları arasında yoldaşlıq görüşünü idarə edib. Futbolinfo.az xəbər verir ki, Moskvadakı "Lokomotiv" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə qolu 20-ci dəqiqədə Fyodor Smolnikov vurub.
Ağayev oyun zamanı bir sıra kritik qərarlar qəbul edib. Qanalı futbolçular iki dəfə topu boş qapıdan çıxardıqları vaxt qolun olub-olmadığı mübahisə mövzusuna çevrilib. Eyni zamanda bir epizodda qonaq komanda penalti tələb etdiyi halda, baş hakimin fiti susub.
Referinin idarəçiliyində əsas çatışmazlıq tez-tez oyunu dayandırması olub. Əvəzində o, cəmi 2 dəfə sarı vərəqəyə əl atıb. 53-cü dəqiqədə Qana millisindən Con Boye, 81-ci dəqiqədə Rusiya yığmasından Roman Zobnin cəzalanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”