Bizi izləyin

Müsahibə

Roman Qriqorçuk: “Avrokubok missiyamız başa çatmayıb”

Ardıcıl 2-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə…

blank

Ardıcıl 2-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etməklə, “Qəbələ” ölkə futbolsevərlərini məmnun etdi. Seçmə mərhələlərdə də püşklə bağlı bəxti gətirməyən əyalət təmsilçisi qrupda da eyni aqibətlə üzləşdi. “Anderlext”, “Maynts” və “Sent-Etyen” kimi qitədə sözünü demiş rəqiblərlə üz-üzə gələcək “qırmızı-qaralar”, baş məşqçiləri Roman Qriqorçuk demiş, şanslarını az da olsa qoruyurlar. Ukraynalı mütəxəssis futbolinfo.az saytına verdiyi müsahibəyə Odessa toplanışından başladı.

– Hazırlıq məhsuldar alındı. Söhbət heç də məşq və yoxlama oyunundan getmir. Mövsümün əvvəli bizim üçün ağır idi. Avroliqadakı 4 mərhələ, daxili çempionat – bütün bunlar futbolçulara təsirsiz ötüşə bilməzdi. Uşaqlar məşqlərdə də bütün tapşırıqlarımı yerinə yetirdilər, yaxşıca dincəlməyə də vaxtları oldu. Hesab edirəm ki, Ukraynada hər şey ürəyimizcə oldu.

– Avroliqadakı rəqiblərinizin adına baxdıqda, vahimələnmirsiniz?
– Əlbəttə, “Anderlext” də, “Maynts”da, “Sent-Etyen” də əlavə təqdimata ehtiyac duymurlar. Bu klubların hər birinin qitəmiqyaslı yarışlarda təcrübəsi bizdən qat-qat çoxdu. Oynadıqları çempionatlar da hər kəsə bəllidi. Ancaq şanslarımız yox deyil. Azdı, əlbəttə, azdı. Faizlə deyə bilmərəm hansısa rəqəmi. Ancaq biz şansımız 1 faiz olanda da qələbə uğrunda mübarizə aparırıq. Hər bir azarkeşi əmin edirəm ki, qrup mərhələsinin hər oyununda uğur qazanmaq üçün meydanda canımızı qoyacağıq.

– Qrup mərhələsinin startı olduqca əhəmiyyətli olur. “Anderlext”ə qarşı səfərdə yenə hücumameylli “Qəbələ” görəcəyik, yoxsa daha çox strateji məqsədlər güdən səfər komandası modeli?
– Əlbəttə, müdafiədə etibarlı oynamaq həmişə xoşdu. Ancaq yenə də fikrimdə qalıram ki, bu cür rəqiblərlə oyunda hücumda necə çıxış edəcəyimiz həlledici  rol oynayacaq. Başqa sözlə, seçmə tsikllərdəki oyun modelini qoruyub saxlayacağıq. İstədiyimiz dəst-xətti ortaya qoya bilsək, Belçikadan müsbət nəticəylə dönmək şanslarımız olacaq.

– Komandanızın yeni transferləri – Ruslan Qurbanov və Petar Franyiç barədə nə deyə bilərsiniz?
– Ruslanı Azərbaycan çempionatından yaxşı tanıyıram. Düşünürəm ki, yerli futbolçu statusu daşıması işimizə ikiqat yarayacaq. O, hücum xəttimizin gücünə güc qatacaq. Petara gəlincə, bu futbolçunun potensialı hələ açılmayıb. Onun əsl istedadının məhz “Qəbələ”də açacağına böyük ümidlər bəsləyirəm.

– Sabah ölkə çempionatının qarşılaşmasına da çıxacaqsınız. Legioner limitini nəzərə almasaq, Avroliqaya görə, heyətdə hansısa rotasiyalara əl atacaqsınız?
– Xeyr, ən hazırlıqlı futbolçular sabahkı oyunda meydana çıxacaqlar. “Neftçi” istənilən rəqibi məğlub etmək gücündədi. Bu səbəbdən də bütün diqqətimizi sabahkı görüşə səfərbər edəcəyik. 

– Sonuncu sual. Roman Qriqorçuk necə hesab edir, “Qəbələ” cari mövsüm üçün avrokubok missiyasını yerinə yetirib?
– Yox-yox, siz nə danışırsınız?! Bəli, qarşımıza qoyulan qrupa düşmək vəzifəsinin öhdəsindən gəldik. Uşaqlar əla çıxış edərək, qrupda oynamağı haqq etdilər. Bəli, rəqiblərimiz olduqca çətindi. Bunu heç kim inkar etmir. Lakin qarşıda 6 oyunumuz var. Hər qarşılaşma lokal xarakter daşıyacaq. Hər oyundan maksimum nəticə ilə ayrılmağa çalışacağıq. İndi “Neftçi”ni düşünürük. Ardınca Belçika səfərini təhlil edəcəyik. Bax, belə addım-addım məqsədlərimizə doğru irəliləməliyik.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm