Premyer-liqa
“Neftçi”nin tarixində görünməmiş biabırçılıq
“Neftçi” müstəqillik tarixinin ən böy&u…
“Neftçi” müstəqillik tarixinin ən böyük biabırçılığı ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında ən böyük hesablı məğlubiyyətini alıb.
Bu, Topaz Premyer Liqasının 4-cü turunun “Qəbələ” ilə oyununda qeydə alınıb. 0:8 hesabı ilə uduzan “ağ-qaralar” 1992-ci ildən təşkil olunan ölkə çempionatlarında heç vaxt belə rüsvayçılıq yaşamamışdı. 10-cu, yubiley darmadağına üzülən “Neftçi” ən pis halda 4 top fərqilə uduzmuşdu. Bunadək paytaxt klubu 7 dəfə 3, 2 dəfə 4 top fərqi ilə yenilib.
Bütün çempionatların iştirakçısını ən çox məyus edən “Qarabağ”dı. Ağdamlılar artıq qəniminə çevrildiyi 8 qat ölkə çempionunu 3 dəfə darmadağın edib. “Bakı”nın 2 dəfə böyük hesabla məğlub etdiyi “ağ-qaralar” “Qəbələ”yə də ikinci dəfə belə uduzdu. Sonuncular 4 il öncə 4:1 hesabına sevinmişdi. Bakılılar “İnter”, “Xəzər” və “Zirə” ilə qarşılaşmalarda 1 dəfə ağ bayraq qaldırıblar.
“Neftçi”nin ikinci biabırçılığı ondan ibarətdi ki, bakılılar ilk dəfə ardıcıl 2 darmadağın görür. Ötən tur “Qarabağ”dan 3 cavabsız qol “yeyən” “ağ-qaralar”ı bu dəfə “Qəbələ” “qara” zolağa salıb.
Paytaxt klubu son 21 gündə keçirdiyi hər iki çempionat oyununda uduzmaqla 24 illik tarixinin ən ağır dövrünü yaşadığını təsdiqləyib.
Qeyd edək ki, bu, “Neftçi”nin müstəqillik dövründəki antirekordunun təkrarıdı. “Ağ-qaralar” son 24 ildə ən ağır məğlubiyyətini Çempionlar Liqasının Polşa “Vidzev”i ilə oyununda almışdı – 0:8. Bu, 1997-ci il iyunun 30-da səfərdə qeydə alındığından, “Neftçi” ən ağır ev yenilgisini məhz bu gün alıb.
“Neftçi”nin Azərbaycan çempionlarında yaşadığı böyük hesablı məğlubiyyətlər
03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” (Bakı) – 3:0
20.10.2007 “Bakı” – “Neftçi” (Bakı) – 5:1
13.05.2011 “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) – 3:0
11.03.2012 “Qəbələ” – “Neftçi” (Bakı) – 4:1
31.08.2013 “Bakı” – “Neftçi” (Bakı) – 3:0
28.02.2014 “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:4
08.05.2014 “İnter” (bakı) – “Neftçi” (Bakı) – 4:0
27.02.2016. “Zirə” (Bakı) – “Neftçi” (Bakı) – 3:0
21.08.2016. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) – 3:0
10.09.2016. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:8
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub