Dünya futbolu
ÇL-in bir oyunu təxirə salındı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu &cced…
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Mançester Siti” – “Borussiya" (Münhenqladbax) matçı təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, Mançesterdə başlayan şiddətli yağış oyunun başlamasına əngəl olub.
Matçın hakimləri meydançanı yoxladıqdan sonra görüşün bu gün oynanılmamasına qərar veriblər.
Qeyd edək ki, C qrupunda çıxış edən bu iki komandanın rəqibləri "Barselona" və "Seltik"di.