Ölkə futbolu
Milan Baroş: "Qarabağ"ın hansısa oyunçusunun yoxluğuna fikir vermirik"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bak…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Slovan" klubunun hücumçusu Milan Baroş fikirlərini bölüşüb. Futbolinfo.az sizi həmin fikirlərlə tanış edir:
– Özünüzü necə hiss edirsiniz?
– Sonuncu dəfə “Qalatasaray”la qrup mərhələsində oynamışam. Uzun müddət sonra yenidən burada oynayacağıma görə şadam.
– “Qalatasaray”da oynayacaq gücdəsiniz, yoxsa qocalmısınız?
– Hələlik, özümü gənc və güclü hiss edirəm. Mövsüm ərzində 35 oyunda meydana çıxmasam da, 100 faiz hazıram.
– Kapitanınızın yoxluğu sizin oyununza nə dərəcədə təsir edəcək?
– Əlbəttə, onun yoxluğu böyük itkidi. Matçı yüksək səviyyədə keçirməyə çalışacağıq.
– Sabah “Qarabağ”ın heyətində gənc Bədavi Hüseynov olmayacaq. Rəşad Sadıqov isə Baroşla eyni yaşdadı. Bunu sizin üçün üstünlük saymaq olar?
– Kiminsə yoxluğuna fikir vermirik. Əsas komandanın çıxışıdı. Öz oyunumuzu göstərməyə çalışacağıq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi