Ölkə futbolu
"Qarabağ"dan daha 0.250 xal
Avropa Liqasının qrup mərhələsi çərçivəsində &qu…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın evdə “Slovan”la (Çexiya) bərabərə qalması (2:2) Azərbaycanın klub əmsalınının artımına səbəb olub. Futbolinfo.az xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.250 xal qazanıb. Beləcə aktivimizdəki xalların sayı 16.750-ə çatıb.
Ötən gecə baş tutan qarşılaşmalarda qeydə alınan nəticələrdən sonra ölkəmiz izləyicisi Kiprdən 0.200 xal irəlidədi. Bizdən bir pillə öndə – 24-cü yerdə qərarlaşan İsrailin isə xalları 17.125-di. “Qəbələ”nin səfərdə “Anderlext”ə (Belçika) məğlubiyyəti ölkəmizə xal qazandırmayıb.
Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə 0.125 xal verilirdisə, qruplarda bu əmsallar müvafiq olaraq 0.500 və 0.250-ə bərabərdi.