Premyer-liqa
“Neftçi”dən görünməmiş “qara zolaq”
“Neftçi” tarixinin yeni antirekorduna imza atıb. F…
“Neftçi” tarixinin yeni antirekorduna imza atıb. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 4 dəfə məğlub olub.
Bakılılar bu antirekordu Topaz Premyer Liqasının 5-ci turunun “İnter”lə paytaxt derbisində 1:2 hesabı ilə uduzmaqla rəsmiləşdirib. 2-ci turda “Zirə”yə 0:1, 3-cü turda “Qarabağ”a 0:3, 4-cü turda “Qəbələ”yə 0:8 hesabı ilə uduzan “Neftçi” məğlubiyyət sayında antirekordu təkrarlamışdı.
Belə ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında “ağ-qaralar” daha 4 dəfə 3 oyunluq “qara zolağ”a düşmüşdü. Lakin bu dəfə “Neftçi” “3”lə kifayətlənməyərək, ardıcıl 4-cü yenilgisini alıb.
Bununla da paytaxt təmsilçisi 2009, 2012, 2015 və 2016-cı illərdə təkrarladığı 3 oyunluq antirekordunu yeniləyib.
Qeyd edək ki, “ağ-qaralar”ın uduzmadığı son oyun 1-ci turun AZAL-la matçı olub. Avqustun 6-dakı 2:0 hesablı qələbədən sonra bakılılar 43 gündü xala həsrətdi. (Apasport)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…