Milli komanda
Tailand yığmasının baş məşqçisi millimizdən danışdı
“Kolumbiyadakı dünya çempionatında 3 oyun ke&ccedi…
“Kolumbiyadakı dünya çempionatında 3 oyun keçirdik. Bunadək 4 hazırlıq matçında da qüvvəmizi sınamışdıq. Bütün bu görüşlərə əsasən komandadan yalnız razı qalmaya bilmərəm”. Futbolinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Tailand millisinin baş məşqçisi Migel Rodriqo Konde deyib.
Kolumbiyada keçirilən DÇ-2016-nın 1/8 final mərhələsinə həsr olunan mətbuat konfransına ispaniyalı mütəxəssis Azərbaycanla qarşılaşma haqda fikirlərini açıqlayıb. Yığmamız haqda yüksək fikirdə olan çalışdırıcı yetirmələrinin 1/4 final iddiasını da gizlətməyib: “Mən sadəcə komanda deyil, əsl ailə görürəm. Hamının bir-birilə belə mehriban, şirin münasibətdə olması sevindiricidi. 1/8 finala çıxmağımız uğur sayılır. Növbəti rəqibimiz Azərbaycan millisidi. Tamamilə bu matça köklənmişik. Azərbaycan millisi top-komandadı. Onlar heyətinə görə bizdən üstündü. Lakin biz sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan – Tailand oyunu sentyabrın 22-də keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”
- Müsahibə2024-04-15 22:35
Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”