Ölkə futbolu
4-cü dövrənin autsayderləri: “Şamaxı” və “Neftçi”
Misli Premyer Liqasında mövsüm yekunlaşır. Komandalar daha iki oyuna çıxacaq və çempionat bitəcək. Lakin komandalar bütün yarışı sabit keçirdiyini deyə bilməyəcəyik.
Çempionat iştirakçılarının taleyinin həll olunduğu 4-cü dövrə fərqli keçir. Komandaar arasında sabit oynayanlar da var, mövsümü major notda bitirmək istəyənlər də, gərgin rəqabətə dözməyənlər də. Son dövrənin 7 turuna nəzər yetirsək, hansı komandaların gücünün tükəndiyini aşkar görərik. Bu baxımdan “Neftçi”nin aşkar geriləməsi xüsusi vurğulanmalıdır.
“Sabah”ın hətta çempion “Qarabağ”dan da üstün olduğu 4-cü dövrədə “Turan Tovuz”un ardıcıl 3 qələbə ilə ilk “dördlüy”ə düşməsi diqqət çəkir. Əvəzində qərblilərin son ev oyununda 4:0 hesabıyla yendiyi “Neftçi” dibə vurub. Laurentsiu Regekampfın yetirmələri yalnız autsayder “Şamaxı”dan öndədir.
4-cü dövrənin turnir cədvəli:
1. Sabah | 7 | 6 | 0 | 1 | 16-5 | 18 |
2. Qarabağ | 7 | 5 | 1 | 1 | 17-7 | 16 |
3. Qəbələ | 7 | 4 | 0 | 3 | 14-14 | 12 |
4. Turan Tovuz | 7 | 3 | 1 | 3 | 12-9 | 10 |
5. Zirə | 7 | 2 | 3 | 2 | 12-10 | 9 |
6. Kəpəz | 7 | 2 | 2 | 3 | 5-9 | 8 |
7. Səbail | 7 | 2 | 1 | 4 | 9-14 | 7 |
8. Sumqayıt | 7 | 2 | 1 | 4 | 7-16 | 7 |
9. Neftçi | 7 | 1 | 3 | 3 | 10-13 | 6 |
10. Şamaxı | 7 | 0 | 4 | 3 | 3-8 | 4 |
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?