Digər idman növləri
4-cü dəfə dünya çempionu oldular
Fransada reqbi üzrə dünya çempionatının final oyunu keçirilib. “Stad de Frans”da baş tutan qarşılaşmada Cənubi Afrika Respublikası Yeni Zelandiyanı 12:11 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da afrikalılar tarixdə 4-cü dəfə dünya çempionu olublar.
İlk hissədən sonra 6:12 hesabı ilə geridə olan Yeni Zelandiya komandası fərqi minimuma endirsə də , rəqibin qələbəsinə mane ola bilməyib. Bununla da onlar 4-cü dəfə çempion olmaq şansını əldən veriblər.
Qeyd edək ki, oyunu izləyənlər arasında bir sıra məşhur simalar olub. Tennisin əfsanəsi Rodjer Federer qarşılaşmanı CAR komandasının atributları ilə izləyib. Digər məşhurlardan Novak Cokoviç də tribunada olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub