Ölkə futbolu
AFFA "İnter"ə transfer qadağası qoydu
FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın …
FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” PİK klubu haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib. Futbolinfo.az xəbər verir ki, məktubda “İnter” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilib:
Azərbaycan Topaz Premyer Liqasında çıxış edən "İnter"in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir