Bizi izləyin

Ölkə futbolu

"Neft buruqları" yanır…

“Neftçi” yenə uduzdu. Ardıcıl 5-ci dəfə. Bu d?…

blank
“Neftçi” yenə uduzdu. Ardıcıl 5-ci dəfə. Bu dəfə “ağ-qaralar” yalnız ilk turda qələbə sevinci yaşayan “Sumqayıt”a bayram əhval-ruhiyyəsi yaşatdılar.
 
Klub tarixində belə bir hadisənin olub-olmadığını statistiklərin ixtiyarına buraxaq. Ancaq reallıq budu ki, 3 məğlubiyyətdən sonra baş məşqçi, icraçı direktor kimi postlarda dəyişiklik edən klub real irəliləyişə nail olmadı.
 
Bəli, Elxan Abdullayevin əlində belə bir kozır va ki, əvvəlki heyətlə oynayır. Ancaq ən qəribəsi budu ki, Samir Əliyevi Əsgər Abdullayev əvəzləyəndə bir neçə oyunluq oyanış hiss olunmuşdu. Elə Abdullayevin yerini Vəli Qasımov tutanda da bu cür hal yaşanmışdı. İndi isə “Neftçi” rəqiblər üçün çempionatın ən arzuolunan 2 komandasından biridi. AZAL-ın bu cür tale yaşayacağı büdcəsinə görə əvvəlcədən proqnozlaşdırılan idisə, “ağ-qaralar”ın avrokubok zonasına yaxın yerlərdə məskunlaşacağı gözlənilirdi. Amma Vəli Qasımov “medallar uğrunda mübarizə aparcağıq” deyə-deyə özündən sonra “qəbristanlıq” qoyub getdi.
 
Əvvəl də demişdik, yenə təkrar edirik: “Neftçi”nin ən böyük qüsuru seleksiyadı. Şikov, Melnyak, Kastilya, Tira – bunlar hamısı zay məhsullardı. Elxan Abdullayev əlindəki materialla nə edə bilər? Fərqli sistem tətbiq edəcək? Fiziki durumlarını qaydasına salacaq? Xətlərarası əlaqəni yaxşılaşdıracaq? Deyək ki, bu, 5-10 faizlik irəliləyişə təkan verdi. Məgər 5-10 faizlə nəticə dəyişəcək? Dəyişməyəcək! Məgər qış fasiləsində adlarını sadaladıqlarımız futbolçu olacaqlar? Olmayacaqlar! Məgər onlarla müqaviləyə xitam vermək mümkün olacaq? Əcnəbi oyunçudular, nəylərinə lazımdı ağrımayan başlarına dəsmal çəksinlər. Gül kimi məvaciblərini alacaqlar da.
 
Faktiki olaraq, mövsüm üçün nəzərdə tutulan transferlər reallaşıb. Qışda 1-2 əlavə oyunçu almaq mümkündü.
 
“Bir güllə bahar olmaz”, – bu məsəl əbəs yerə çəkilməyib. “Neftçi” üçün mövsüm başlamamış bitib. Bəli, alternativ var və bu barədə aşağıda yazacağıq. Ancaq bəri başdan deyək ki, həmin alternativin uğur gətirmək şansı olduqca aşağıdı. Klub rəhbərliyi sponsorlara müraciət edərək, müəyyən məbləğdə dotasiya xahiş etməlidi. Mövcud iqtisadi böhran zamanı SOCAR buna gedəcəkmi? Ağlabatan variant deyil.
 
Ən əsası isə kim təminat verə bilər ki, “Neftçi” bu dəfə seleksiya işini daha uğurla aparacaq? Məsuliyyəti üzərinə götürən şəxs tapılacaqmı?
 
İkinci variant daha ucuz başa gəlir. Ölkəmizdə bir sıra oyunçular var ki, müqaviləylə məxsus olduqları komandalarda əsas heyətə düşə bilmirlər. Potensialları ölkə çempionatında çıxış etmək üçün yetərli olsa da, komanda yoldaşlarına rəqabətdə uduzan bu futbolçuları icarəyə götürmək olar. Belədə xərc daha az olacaq. Ancaq burda da ənənəvi sual yenə baş qaldırır: futbolçu seçərkən, yenidən səhvlər buraxılmayacaq?
 
Nəhayət, 3-cü variant. “Neftçi” əvəzedici heyətə boylanmalıdı. Əgər sponsorlar səxavət kisəsini açmaqdan imtina etsələr, əminliklə söləmək olar ki, “ağ-qaralar” üçün bu mövsüm avrokubok “qatar”ı getmiş sayılacaq. Belədə, nəticəyə tüpürüb, öz yeniyetmə yetirmələrinə şans tanımaq lazımdı. Necə ki, bu gün “İnter” bunun bəhrəsini görməkdədi.
 
Bəli, məşqçi üçün bu, riskli addımdı. Bəli, azarkeşlər nəticəni bu gün istəyir. Lakin fanatlara yaranmış vəziyyəti başa salmaq lazımdı. Əgər həqiqətən heyətə perspektivli futbolçular cəlb ediləcəksə, növbəti mövsümə ümidlə baxmağa dəyər.
 
Hələliksə “neft buruqları” od tutub, yanır. Özü də şiddətlə. Bu alovun qarşısını baş məşqçi və ya məmur dəyişməklə almaq mümkün deyil. Heyət kökündən dəyişdirilməlidi. Amma zamanla, ağılla… Gündə bir icraçı direktor gətirməklə, təyin edilən işə başlamamış onun səlahiyyətlərini başqasına ötürməklə, yeni rəhbər axtarmaqla yalnız sponsoru aldatmaq olar. "Neftçi"də postların bölüşdürülməsi davası tezliklə bitməli, komandaya diqqət ayrılmalıdı.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-10 09:04

“Olimpiadada ikinci medal üçün çalışacağam”

blank
Premyer-liqa2024-05-10 08:49

“Neftçi” bu gün “Kəpəz”lə qarşılaşacaq

blank
Digər idman növləri2024-05-10 08:32

“Bu, Azərbaycan xalqının qələbəsidir”

blank
Milli komanda2024-05-10 08:17

Millimizin oyunlarının vaxtı və yeri dəqiqləşdi

blank
Ölkə futbolu2024-05-10 08:00

“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron

blank
Dünya futbolu2024-05-10 01:18

“Olimpiakos” “Aston Villa”nı finala buraxmadı

blank
Dünya futbolu2024-05-10 01:08

“Bayer”lə “Atalanta” finalda!

blank
Digər idman növləri2024-05-09 23:40

Olimpiadaya növbəti lisenziya

blank
Digər idman növləri2024-05-09 23:23

Stolüstü tennis üzrə ölkə turnirinə yekun vurulub

blank
Digər idman növləri2024-05-09 23:00

Kişi boksçularımız lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək

blank
Ölkə futbolu2024-05-09 22:29

“Sabah” Abşeronda futbolçu seçiminə başlayır

blank
Digər idman növləri2024-05-09 22:00

Azərbaycanın daha bir güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-09 21:27

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

blank
Digər idman növləri2024-05-09 21:00

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Digər idman növləri2024-05-09 13:17

Yığmamız Sloveniyaya yollandı

blank
Digər idman növləri2024-05-09 12:52

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm