Ölkə futbolu
Paulo Souza: “Qarabağ”a başqa yollarla problem yaratmalıyıq”
“Qrup mərhələsinin ilk turunda gördük ki, Avropa Li…
“Qrup mərhələsinin ilk turunda gördük ki, Avropa Liqasında böyük sürprizlər qeydə alınır. “Qarabağ” kifayət qədər Avropa təcrübəsi olan komandadı”. Futbolinfo.az xəbər verir ki, bunu “Fiorentina”nın baş məşqçisi Paulo Souza deyib.
İtaliya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma öncəsi keçirilən mətbuat konfransında Souza hədəflərinin 3 xal qazanmaq olduğunu bildirib: “Qarabağ” artıq 9 ildi eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Meydana düzgün taktika ilə çıxmalı və rəqibə başqa yollarla problem yaratmalıyıq. Oyuna çox yaxşı hazırlaşmışıq. İndi bacardığımızı meydanda göstərmək vaxtıdı. Qələbə qazanmaq üçün ac olmalıyıq”.
“Sabahkı matçda qələbə qazanmasanız, bunu uğursuzluq sayacaqsınızmı” sualına portuqaliyalı mütəxəssisin cavabı belə olub: “Mənim əsas məqsədim komandamda sağlam münasibət formalaşdırmaqdı. Mövsüm ərzində eniş və yüksəlişlər olur. Hücum və müdafiə arasındakı fərq nələrdi? Jurnalistika nəticə ilə yaşayır, ancaq komanda “artırmaqla”.
Qeyd edək ki, sabah “Artemio Franki” stadionunda keçiriləcək “Fiorentina” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?