Dünya futbolu
Şeydayev Super Liqanın növbəti turunda debüt edə bilər
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türk…
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyə çempionatında debüt etməyə hazırlaşır. Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqanın 6-cı turunda “Karabükspor”un qonağı olacaq “Trabzonspor”un heyətində müəyyən dəyişikliklər ediləcək.
Belə ki, qeyri-sabit çıxışı nəzərə alan baş məşqçi Ərsun Yanal bəzi oyunçuları Karabük səfərinə aparmayacaq. Əvəzində həmyerlimiz Ramil Şeydayevin ilk dəfə çempionat matçında “18-lik”də yer alması gözlənilir.
Hətta Yanalın millimizin forvardı ilə söhbət zamanı ona “Karabükspor”la görüşdə debüt etməyə hazır olmağı tapşırdığı da vurğulanıb. Görüşə ehtiyatdan başlaması gözlənilən 20 yaşlı oyunçu qarşılaşmanın gedişinə görə ikinci hissədə debüt edə bilər.
Qeyd edək ki, “Karabükspor” – “Trabzonspor” oyunu oktyabrın 1-də keçiriləcək.
Qeyd edək ki, “Karabükspor” – “Trabzonspor” oyunu oktyabrın 1-də keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?