Ölkə futbolu
“Bakıdakı qələbə mənəvi baxımdan bizə çox faydalı olacaq”
“Sevinirəm, xoşbəxtəm. Vacib qələbə qazandıq. Oyunun ged…
“Sevinirəm, xoşbəxtəm. Vacib qələbə qazandıq. Oyunun gedişində hesabda geri düşsək də, dönüş etməyi bacardıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Almaniyanın “Maynts” klubunun prezidenti Harald Ştruts deyib.
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qəbələ”nin qonağı olan Bundesliqa təmsilçisi Bakıdan 3:2 hesablı qələbə ilə qayıdıb.
Bu görüşlə bağlı Almaniya mətbuatına qısa açıqlama verən Ştruts sevinc hisslərini bölüşüb. O bildirib ki, “Maynts” Azərbaycan səfərindən qələbə ilə qayıtmaqla böyük iş görüb: “Artıq qrupda ilk qələbəmizə imza atdıq. Bu, mənəvi baxımdan komandaya çox faydalı olacaq. Qələbə ruhu müsbət məqamdı”.
Qeyd edək ki, “Maynts” qrupdakı növbəti görüşünü oktyabrın 20-də “Anderlext”ə qarşı keçirəcək. Almaniya klubunun “Qəbələ” ilə ikinci oyunu isə dekabrın 8-də baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?