Premyer-liqa
Ramazanov “100”ü qolla qeyd etdi
Topaz Premyer Liqasının 7-ci turu “İnter”in hü…
Topaz Premyer Liqasının 7-ci turu “İnter”in hücumçusu Ağabala Ramazanov üçün yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu ölkə çempionatında 100-cü oyununu keçirib.
“Zirə” ilə görüşədək (1:1) hesabında 99 qarşılaşma olan hücumçu matçda hesabı açmaqla yubileyini qolla qeyd edib. Bu, onun Premyer Liqada 14-cü qolu olub. Ramazanov “İnter”də keçirdiyi 7 qarşılaşmada 3 qol vurub.
Ağabala bunadək daha 3 klubda oynayıb. O, “Neftçi” (1 oyun), “Xəzər Lənkəran” (59 oyun, 6 qol) və “Sumqayıt”ın (33 oyun, 5 qol) şərəfini qoruyub.
Mövsüm |
Klub |
oyun |
qol |
2011/12 |
Neftçi (Bakı) |
1 |
0 |
2012/13 |
Xəzər Lənkəran |
19 |
1 |
2013/14 |
Xəzər Lənkəran |
21 |
1 |
2014/15 |
Xəzər Lənkəran |
19 |
4 |
2015/16 |
Sumqayıt |
33 |
5 |
2016/17 |
İnter (Bakı) |
7 |
3 |
|
Cəmi |
100 |
14 |
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası