Dünya futbolu
Prandelli rəsmən “Valensiya”da
İspaniyanın “Valensiya” klubu özünə yeni baş…
İspaniyanın “Valensiya” klubu özünə yeni baş məşqçi tapıb. Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Çezare Prandelli çalışdıracq.
Klub saytının yaydığı xəbərə görə, italiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 59 yaşlı məşqçinin son iş yeri “Qalatasaray” olub.
"Valensiya" isə bu mövsümə Pako Ayestaranın rəhbərliyi altında başlamışdı. Amma onun rəhbərliyi altında komanda mövsümün ilk dörd oyununun hamısında uduzmuşdu. Bu üzdən də klub rəhbərliyi onu qovmuş, yeni baş məşqçi axtarışına çıxmışdı. Son 3 turda isə komandanı oyunlara köməkçi məşqçilər hazırlaşdırıbı çıxarırdı.
"Valensiya" La Liqanın geridə qalan 7 turunda cəmi 6 xal toplaya bilib və 20 klub arasında 18-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?