Ölkə futbolu
“Sumqayıt”ın Müşahidə Şurasında dəyişiklik
"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının n&o…
"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, ilk növbədə şuranın üzvlərinə dəyişikliklər haqqında məlumat verilib.
Belə ki, Müşahidə Şurasına Elgin Həbibullayevin əvəzinə klubun təsisçiləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov dəvət olunub.
İclasda həmçinin, əsas komandanın Premyer Liqanın 2016/2017 mövsümünün ilk dövrəsindəki nəticələri, klubun indiki durumu və gələcək planları müzakirə olunub.
Yekunda isə Müşahidə Şurası, qurumun üzvü olan veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…